...

Ermənistan Müdafiə Nazirliyində kütləvi həbslər - 106 milyon oğurlayıblar

Dünya xəbərləri Materials 16 Sentyabr 2023 12:43 (UTC +04:00)
Ermənistan Müdafiə Nazirliyində kütləvi həbslər - 106 milyon oğurlayıblar
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda bir neçə şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, fırıldaqçılıqla məşğul olmaqda və oğurluq etməkdə şübhəli bilinərək saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, saxlanılanlar arasında Ermənistanın Müdafiə Nazirliyinin keçmiş əməkdaşları da var.

Qeyd olunub ki, Ermənistan Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr İdarəsinin keçmiş rəisi Gevorq Altunyan 2019-2021-ci illərdə "El" şirkətinin direktoru A.B, "Nor" ictimai təşkilatın rəhbəri və “dasaran.am” saytının təsisçisi Suren Aloyan ilə əlbir olaraq, eləcə də, Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin əməkdaşları K.P. və A.A.-nın yardımı ilə satınalma sənədlərinə yanlış məlumatlar daxil edərək, dövlətdən 106,3 milyon dram (270 min dollar) oğurluq edib.

Qeyd olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti