Bakı. Trend:
Gürcüstanda 4,7 maqnitudalı zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzinin məlumatında deyilir.
Yerli vaxtla saat 08:00-da baş vermiş zəlzələnin episentri paytaxt Tbilisi yaxınlığında qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
xxx
08:28
Tbilisidən 6 km məsafədə Mtsxeta şəhəri yaxınlığında 4,4 maqnitudalı zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzinin məlumatında deyilir.
Zəlzələnin episentri Norio kəndindən 2 km aralıda yerləşib. Yeraltı təkanların episentri 9 km dərinlikdə yerləşir. Yeraltı təkanlar yerli vaxtla saat 08:00-da (Bakı ilə eyni) qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat verilmir.