...

PKK Ankaradakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

Dünya xəbərləri Materials 1 Oktyabr 2023 22:15 (UTC +04:00)
PKK Ankaradakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

Bakı. Trend:

PKK terror təşkilatı Türkiyənin Ankara şəhərindəki törədilmiş terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Terror aktı baş verən yerdə aparılan müayinələr zamanı 9,7 kq S-4 partlayıcısı, 3 əl qumbarası, bir qumbaraatan, “Qlok” markalı səsboğuculu tapança, həmçinin iki avtomat aşkar edilib.

Qeyd edək ki, Türkiyənin Ankara şəhərində yerləşən Böyük Millət Məclisinin və nazirliklərin yerləşdiyi İsmət İnönü Bulvarında səhər saatlarında partlayış və silah səsləri eşidilib.

Partlayış səslərinin Daxili İşlər Nazirliyinin yaxınlığında baş verdiyi bildirilib.

Türkiyə daxili işlər naziri Əli Yerlikaya açıqlamasında bildirib: "Saat 09:30 radələrində Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin giriş qapısına avtomobillə gələn 2 terrorçu terror aktı törədib. Terrorçulardan biri özünü partladıb, ikincisi zərərsizləşdirilib. Atışma zamanı 2 polis əməkdaşı yüngül xəsarət alıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti