...

İranın keçmiş prezidentinin ölkə xaricinə çıxışına qadağa qoyuldu

Dünya xəbərləri Materials 5 Oktyabr 2023 17:17 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İranın keçmiş prezidenti Mahmud Əhmədinejatın xaricə çıxışına qadağa qoyulub.

Trend xəbər verir ki, bu barədə məlumatı ona yaxın informasiya kanalı yayıb.

Bildirilib ki, M.Əhmədinejatın Qvatemalaya səfərinin qarşısı alınıb.

Məlumata görə, hava limanında onun pasportu müsadirə edilib.

Keçmiş prezident pasportunun qaytarılaraq Qvatemalaya səfər etməsi üçün uyğun qərarın qəbul ediləcəyini gözləyir.

Qeyd edək ki, o, 2005-2013-cü illərdə İranın prezidenti olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti