Bakı. Trend:
2023-cü ilin yanvar-sentyabr aylarında Çindən Türkiyə limanlarına 9 milyon 75 min 369 ton yük daşınıb.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Çindən limanlara 43 min 462 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 8 milyon 772 min 862 ton yük çatdırıb.
Bu müddət ərzində Çin bayraqlı gəmilərlə Türkiyə limanlarına 259 min 45 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarına Çindən 2 milyon 125 min 875 ton tranzit yük daşınıb.
Qeyd edək ki, 2023-cü ilin sentyabr ayında Türkiyə limanları 32 milyon 24 min 971 ton yük qəbul edib.
2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 292 milyon 607 min 632 ton yük qəbul edib.
Bundan əlavə, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 21 milyon 745 min 148 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 270 milyon 862 min 484 ton təşkil edib.
Məlumata əsasən, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarından 51 milyon 722 min 881 ton transit yük daşınıb.
2022-ci ildə Türkiyə limanları 394 milyon 90 min 21 ton yük qəbul edib.
Bu dövrdə, Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 28 milyon 443 min 135 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 365 milyon 646 min 886 ton təşkil edib.
2022-ci ildə Türkiyə limanlarından 81 milyon 18 min 986 ton transit yük daşınıb.