...

Türkiyənin Azərbaycana kimyəvi maddə məhsulları ixracının həcmi açıqlanıb

Dünya xəbərləri Materials 17 Oktyabr 2023 14:14 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz artıraraq, 371 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildirilib.

Sentyabr ayında Türkiyə Azərbaycana kimyəvi maddə məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 1,7 faiz artıraraq, 42,4 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz azalaraq, 22,3 milyard dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 2,8 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 3,1 faiz azdır”, – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2022- sentyabr 2023) Türkiyə 30,2 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.

Xəbər lenti

Xəbər lenti