...

Makron İsrailə getdi (FOTO)

Dünya xəbərləri Materials 24 Oktyabr 2023 09:55 (UTC +04:00)
Makron İsrailə getdi (FOTO)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makron İsraildə səfərdədir.

Trend xəbər verir ki, bu barədə Fransanın "BFM-TV" telekanalı məlumat yayıb.

Görüntülərdən göründüyü kimi, Fransa prezidentinin təyyarəsi bu gün səhər Təl-Əviv hava limanına enib.

Fransa prezidentinin İsrail səfərinə HƏMAS hücumu nəticəsində həlak olanların ailələri ilə görüşlə başlayacağı deyilir.

Bundan başqa, Makron İsrailin baş naziri Benyamin Netanyahu, prezident İsxak Hersoq və milli birlik hökumətinə daxil olan müxalifət liderləri ilə görüşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti