Bakı. Trend:
Türkiyənin Kayseri şəhərinin Pınarbaşı rayonunda baş verən dəhşətli yol qəzasında 38 nəfər xəsarət alıb.
Trend türk KİV-lərinə istinadən xəbər verir ki, Muşdan İstanbul istiqamətində hərəkət edən sərnişin avtobusu, Kayseri ilə Malatyanı birləşdirən magistralın 91-ci kilometrində güclü yağışın yaratdığı sürüşkənlik zəmində idarəetmədən çıxaraq aşıb.
Məlumata görə, qəzada avtobusda olan 41 sərnişindən 38-nin yaralandığı, onlardan 8-nin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə təcili yardım, polis, jandarm, xilasetmə qrupları bölgəyə yönəldilib. Yaralılar rayon xəstəxanalarına çatdırılıb və onlara tibbi yardım göstərilib.