...

Türkiyəli alimlərin hazırladığı xərçəng vaksini müsbət nəticə verdi

Dünya xəbərləri Materials 25 Oktyabr 2023 15:15 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

"BioNTech" şirkətinin xərçəng xəstəliyinə qarşı hazırladıqları vaksin uğurlu nəticə verib.

Trend xəbər verir ki, bu barədə şirkətin təsisçiləri, türk alimlər Uğur Şahin və Özlem Türeci Madrid şəhərində keçirilən Avropa Tibbi Onkologiya Cəmiyyətinin Konqresində deyiblər.

Alimlərin verdiyi məlumata görə, 15 ildir üzərində işlədikləri vaksinin ilk nəticələri ümidverici olub. Belə ki, "BioNTech"in istehsalı olan "CARVac" xərçəng vaksini ilk sınaqlarda şişlərin böyüməsini dayandırıb və hətta kiçildib.

44 xəstəyə 4 dozada vaksinin tətbiq olunduğu tədqiqatlarda pasiyentlərin 59 faizində şişlərin ən azı 30 faiz kiçildiyi müşahidə olunub. 95 faiz pasiyentdə isə vaksindən sonra xərçəng stabil vəziyyətə gəlib və böyüməsi dayanıb.

Qeyd edək ki, "BioNTech" 2030-cu ilədək təqribən 10 min xərçəng xəstəsini müalicə etməyi hədəfləyir.

Xəbər lenti

Xəbər lenti