Bakı. Trend:
Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen Türkiyə XİN rəhbəri Hakan Fidanın dəvəti ilə 27 oktyabr 2023-cü il tarixində Ankaraya rəsmi səfər edəcək.
Trend-in TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə ilə Danimarka əlaqələrinin müzakirəsi planlaşdırılır.
Bundan əlavə, aktual mövzular, o cümlədən Qəzzada baş verənlər, Türkiyə-Avropa İttifaqı münasibətləri, bəzi Avropa ölkələrində Qurani-Kərimə hücumlar barədə fikir mübadiləsi aparılacaq.