Bakı. Trend
İsrail ordusu İordan çayının qərb sahilində keçirilən əməliyyatlarda 4 fələstinlini öldürüb.
Trend xəbər verir ki, bu barədə Fələstinin “Wafa” agentliyi məlumat yayıb.
Hücum zamanı ən azı 12 nəfərin yaralandığı da qeyd olunub.
Cenin şəhərində baş verən atışmada öldürülən şəxslərin arasında Fələstinin "İslami Cihad" təşkilatının yerli qruplarından birinin komandiri Ayser Mohammad Al-Amerin də olduğu deyilir.
İsrail mediasının yazdığına görə, İsrail Müdafiə Qüvvələri məlumatı rəsmi şəkildə təsdiqləyib.
Bundan başqa, HƏMAS Cenin şəhərindəki atışmada Cava əl-Turki adlı qrup üzvünün də öldürüldüyünü deyib.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.