...

Pekində hava çirklənməsi ilə əlaqədar “narıncı” xəbərdarlıq elan olundu

Dünya xəbərləri Materials 30 Oktyabr 2023 20:55 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Pekin hökuməti hava çirklənməsi səbəbindən “narıncı” təhlükə xəbərdarlığı elan edib.

Trend xəbər verir ki, bir çox məhdudiyyəti əhatə edən xəbərdarlıq oktyabrın 30-da günortadan sonra qüvvəyə minib.

Dördpilləli sistem üzrə ən yuxarı 2-ci səviyyədə olan “narıncı” xəbərdarlıq adətən 3 ardıcıl orta və 2 ardıcıl yüksək səviyyədə hava çirklənməsi halında elan edilir. Noyabrın 4-dək davam edəcək xəbərdarlıq müddətində atmosferi nisbətən çox kirlədən avtomobillərin şəhərdə hərəkəti qadağan edilib.

Pekinin ekologiya və ətraf mühit bürosu uşaqlara, yaşlılara, respirator xəstəliklərdən əziyyət çəkənlərə və ürək xəstəliyi olanlara açıq havaya çıxmamağı, şəhər sakinlərinə ümumilikdə açıq havada az olmağı tövsiyə edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti