...

Perunun xarici işlər naziri istefa verib

Dünya xəbərləri Materials 7 Noyabr 2023 01:32 (UTC +04:00)
Perunun xarici işlər naziri istefa verib

Bakı. Trend:

Perunun xarici işlər naziri Ana Sesiliya Qervasi Diaz istefa verib.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən bildirib.

Məlumata əsasən, nazir bundan əvvəl Peru prezidenti Dina Boluartenin keçən həftə ABŞ-a səfərini təşkil etdiyinə görə tənqid olunmuşdu.

Perunun XİN rəhbəri D.Boluarte ilə ABŞ prezidenti Co Bayden arasında protokol görüşü ilə bağlı razılığa gələ bilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti