...

"Böyük Yeddilik" Ukraynaya yardımı və Rusiyaya qarşı sanksiyaları davam etdirəcək

Dünya xəbərləri Materials 8 Noyabr 2023 10:59 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

"Böyük Yeddilik" ölkələri Ukraynaya yardımı və Rusiyaya qarşı iqtisadi sanksiyaları davam etdirəcək.

Trend xəbər verir ki, bu barədə "Böyük Yeddilik" (G7) ölkələrinin xarici işlər nazirləri Yaponiyada keçirilən görüşdə razılığa gəliblər.

Qeyd edək ki, "Böyük Yeddilik" (G7) ölkələrinin xarici işlər nazirlərinin görüşü 7-8 noyabr tarixlərində Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilir. Yaponiyanın xarici işlər naziri Yoko Kamikavanın sədrlik etdiyi görüşdə ABŞ, Kanada, Almaniya, İtaliya, İngiltərə və Fransanın xarici işlər nazirləri iştirak edir.

Xatırladaq ki, "Böyük Yeddilik" (G7) ölkələrinin xarici işlər nazirləri bundan əvvəl Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirilən danışıqlarda bir daha Rusiyanın Ukraynadakı fəaliyyətini tənqid edib, Kiyevə hərtərəfli dəstəyi davam etdirmək barədə razılığa gəlib və taxıl sazişinin tezliklə bərpasının zəruri olduğunu qeyd ediblər.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti