...

HƏMAS ABŞ vətəndaşlarının Qəzzanı tərk etməsinə icazə verib

Dünya xəbərləri Materials 8 Noyabr 2023 13:40 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

HƏMAS 100 ABŞ vətəndaşının Qəzzanı tərk etməsinə icazə verib.

Trend xəbər verir ki, bu barədə ərazinin sərhəd xidmətinin "Facebook" hesabında məlumat verilib.

Belə ki, HƏMAS noyabrın 8-də "Rafah" nəzarət-buraxılış məntəqəsi vasitəsilə Qəzza zolağını tərk edə biləcək xarici dövlətlərin vətəndaşlarının və ikili vətəndaşlığı olan fələstinlilərin siyahısını dərc edib.

Ümumilikdə 373 nəfərin qeyd olunduğu siyahıda 100 ABŞ vətəndaşının, eləcə də Almaniya, Kanada, Rumıniya, Ukrayna və Filippin vətəndaşları yer alıb.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti