...

İnterpolun axtarışında olan narkobaron İstanbulda saxlanıldı (FOTO)

Dünya xəbərləri Materials 18 Noyabr 2023 10:25 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İstanbulda İnterpol tərəfindən Qırmızı bülletenlə axtarışda olan Nenad Petrak adlı narkobaron saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkəsində paylaşım edib.

Nazir bildirib ki, "Kartel-2" əməliyyatı ilə İnterpol tərəfindən Qırmızı bülletenlə axtarışda olan və Cənubi Amerikadan əldə olunan narkotiki Avropaya daşıyan xorvatiyalı narkobaron Nenad Petrak Üsküdarda tutulub.

Avropada həyata keçirilən "Adriatica" əməliyyatı ilə adıçəkilən narkotik tacirinin mütəşəkkil cinayətkar qruplaşmanın başında durduğu müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti