...

Ermənistan prezidenti qondarma rejimin "qurum"larının saxlanılmasını məqsədəuyğun hesab etmir

Dünya xəbərləri Materials 28 Noyabr 2023 12:54 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan prezidenti Vaaqn Xaçatryanın fikrincə, Qarabağda ləğv olunmuş qondarma rejimin "qurumları”nın saxlanması məqsədəuyğun deyil.

Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, Xaçatryan bu barədə jurnalistlərə deyib.

Onun sözlərinə görə, Qarabağ ermənilərinin hüquqlarını Ermənistan qoruyur.

Ermənistan hökumətinin Qarabağı könüllü tərk edən ermənilərin qayıtmasına necə imkan yaratdığı barədə suala cavab olaraq Xaçatryan, bu mövzuların müzakirə olunduğunu deyib.

Ermənistan prezidenti Qarabağın hələ 1991-ci ildə Azərbaycanın bir hissəsi olaraq tanındığını da xatırladıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti