...

Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı 220-ni ötüb

Dünya xəbərləri Materials 28 Noyabr 2023 13:26 (UTC +04:00)
Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı 220-ni ötüb

Bakı. Trend:

2023-ci ilin oktyabr ayında Türkiyədə Azərbaycan kapitalı ilə 224 şirkət qeydiyyata alınıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 61 şirkət azdır.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayının azalmasına baxmayaraq, onların ümumi kapitalı artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 341,8 milyon türk lirəsi olduğu halda, 2022-ci ilin eyni dövründə bu rəqəm 113,9 milyon türk lirəsi təşkil edib”-deyə TOBB-dan bildirilib.

TOBB-dan o da qeyd olunub ki, 2023-cü ilin oktyabr ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (186) qeydiyyata alınıb.

“İstanbulda qeydiyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 313,4 milyon türk lirəsi təşkil edib” –deyə TOBB-dan bildiriblər.

Qeyd olunub ki, 2023-cü ilin oktyabr ayında Türkiyədə Azərbaycan kapitalı ilə 122 topdan və pərakəndə ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti