Bakı. Trend:
ASELSAN dünyada bənzəri olmayan ROBOSİM Dinamik Hədəf Test İnfrastrukturunu sınaqdan keçirəcək.
Trend-in TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə ASELSAN öz rəsmi "X" hesabında məlumat verib.
"ROBOSİM Dinamik Hədəf Test İnfrastrukturu sayəsində açıq sahədə düşmən hədəflərinin simulyasiyaları və hücumları asanlıqla dəf ediləcək. Bu yolla Türkiyə hava hücumundan müdafiə sistemlərimiz müxtəlif hücumlara qarşı daha effektiv olacaq", - deyə məlumatda bildirilib.