...

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında Zəngəzur dəhlizi ilə bağlı son vəziyyət müzakirə ediləcək

Dünya xəbərləri Materials 29 Noyabr 2023 09:49 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, iclasda Azərbaycan və Türkiyəni birləşdirməsi gözlənilən Zəngəzur dəhlizi ilə bağlı son vəziyyət müzakirə ediləcək.

Məlumata əsasən, Qəzzada son vəziyyət, Fələstinə humanitar yardımın çatdırılması və terrorla mübarizə əməliyyatları da müzakirə ediləcək mövzular arasındadır.

Bundan əlavə, Türkiyənin bölgədə sülhü təmin etmək üçün göstərdiyi səylər müzakirə olunacaq. Fələstinə humanitar yardımın fasiləsiz çatdırılması ilə bağlı prosesə baxılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti