...

Ermənistan Avrasiya İqtisadi İttifaqı çərçivəsində təcili toplantı çağırıb

Dünya xəbərləri Materials 29 Noyabr 2023 16:16 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Avrasiya İqtisadi İttifaqı (AAİ) çərçivəsində təcili toplantı çağırıb.

Trend xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan brifinqdə deyib.

Nazir qeyd edib ki, təcili toplantının çağırılmasına səbəb Rusiyanın "Yuxarı Lars" nəzarət-buraxılış məntəqəsindən Ermənistanın bəzi yüklərini buraxmaması olub.

"İş adamlarımızın məhsullarının Rusiyadakı mövcud normalara nə dərəcədə cavab vermədiyini anlamaq üçün "Rosselxoznadzor" (Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti) tərəfindən dərc olunan materialları öyrənirik. Qəribədir ki, bütünlükdə il ərzində 35 maşın geri qaytarılır, iki gün sonra isə daha 35 maşın geri göndərilir, lakin malların keyfiyyəti dəyişmir", - o deyib.

Kerobyan Aİİ çərçivəsində təcili toplantının iki gün ərzində keçiriləcəyini bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti