...

İsrail Qəzza zolağında hərbi əməliyyatlara yenidən başladı

Dünya xəbərləri Materials 1 Dekabr 2023 09:51 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında hərbi əməliyyatlara yenidən başlayıb.

Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda HƏMAS-ın atəşkəsi pozduğu və İsrail ərazisinə atəş açdığı qeyd olunub.

Xatırladaq ki, İsraillə HƏMAS arasında 24 noyabrdan müvəqqəti atəşkəs elan olunub. Atəşkəsin uzadılacağı təqdirdə, HƏMAS 20 israilli girovu, İsrail tərəfi isə 60 fələstinlini azad edəcəyini açıqlayıb.

Qeyd edək ki, bir qədər əvvəl "Wall Street Journal" İsrail və HƏMAS-ın humanitar atəşkəsi uzatmaqla bağlı razılığa gəldiyi barədə məlumat yaymışdı.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti