...

Türkiyənin xarici ticarət dövriyyəsi 50 milyard dolları ötüb

Dünya xəbərləri Materials 1 Dekabr 2023 16:29 (UTC +04:00)
Türkiyənin xarici ticarət dövriyyəsi 50 milyard dolları ötüb

Bakı. Trend:

2023-cü ilin oktyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi artaraq 52 milyard 260 milyon 972 min dollara çatıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Ticarət nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd edilib ki, Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz artaraq 22 milyard 871 milyon 100 min dollara, idxalı isə 0,6 faiz artaraq 29 milyard 389 milyon 872 min dollara çatıb.

“Bu ilin yanvar-oktyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 513 milyar 724 milyon 689 min dollar təşkil edib”, – deyə nazirlikdən bildirilib.

Məlumata əsasən,bu ilin birinci rübündə, Türkiyənin xaricə ixracatı keçən ilin eyni rübü ilə müqayisədə 0,2 faiz artaraq 209 milyard 903 milyon 888 min dollar, idxalı isə eyni dövrlə müqayisədə 1,1 faiz artaraq 303 milyard 820 milyon 801 min dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti