...

Rusiyanın Türkiyə ilə tərəfdaşlığı yüksək səviyyədədir - Putin

Dünya xəbərləri Materials 4 Dekabr 2023 23:09 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Türkiyə ilə tərəfdaşlığı yüksək səviyyədədir.

Trend-in məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin deyib.

Vladimir Putin hər iki tərəfin mehriban qonşuluq və qarşılıqlı fayda prinsiplərinə əsaslanan münasibətləri bundan sonra da inkişaf etdirməyə hazır olduğunu vurğulayıb.

Rusiya prezidenti enerji sahəsində əməkdaşlığın strateji əhəmiyyətini xüsusilə vurğuladı.

Vladimir Putin qeyd edib ki, "Rosatom" şirkəti Türkiyədə ilk "Akkuyu" atom elektrik stansiyasının tikintisini davam etdirir. “Mavi axın” və “Türk axını” boru kəmərlərindən istifadə etməklə qaz sektorunda sıx əməkdaşlıq da qeyd edilib, Türkiyədə qazpaylayıcı qovşağın yaradılması istiqamətində fəal iş vurğulanıb. V.Putin ticarət və yüksək texnologiyalar sahəsində də daxil olmaqla, çoxsaylı digər maraqlı birgə layihələrin mövcudluğunu vurğuladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti