Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstana səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə Türkiyə dövlət başçısı Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.
"İnşallah dekabrın 18-də Macarıstana səfər etməyi planlaşdırırıq”, - deyə R.T.Ərdoğan qeyd edib.
Onun sözlərinə görə, dekabrın 7-də Yunanıstana səfər nəzərdə tutulub.