Bakı. Trend:
ABŞ İsrailə 106,5 milyon dollar məbləğində tank mərmilərinin mümkün satışını təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Əməkdaşlıq Agentliyinin bəyanatında deyilir.
Qeyd olunur ki, İsrail rəsmiləri ABŞ-dan 14 min tank mərmisi istəyib. Mərmilər ABŞ ordusunun ehtiyatlarından götürüləcək.
ABŞ-ın Dövlət katibi Antoni Blinken ABŞ Konqresinə bu sursatların İsrailə satılması zərurəti ilə bağlı ətraflı əsaslandırma təqdim edib.