Bakı. Trend:
ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenskini dekabrın 12-də Ağ Evdə görüşə dəvət edib.
Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer yazılı açıqlamasında bildirib.
"Prezident Co Bayden Ukrayna Prezidenti Volodimir Zelenskini çərşənbə axşamı, dekabrın 12-də Ağ Evdə görüşə dəvət edib", - mətbuat xidmətinin bəyanatında deyilir.
İki dövlət liderlərinin Ukraynanın cari ehtiyaclarını müzakirə edəcəkləri bildirilir.