...

Qəzza zolağında iqtisadiyyatın yalnız 16 faizi işləkdir - Dünya Bankı

Dünya xəbərləri Materials 13 Dekabr 2023 10:50 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Qəzza zolağında hərbi əməliyyatlar fonunda iqtisadiyyatın yalnız 16%-i işlək vəziyyətdədir.

Trend xəbər verir ki, bu barədə Dünya Bankının dərc etdiyi hesabatda deyilir.

"Fələstin Mərkəzi Statistika Bürosunun (PCBS) ilkin qiymətləndirmələrinə görə, 2023-cü ilin oktyabr ayında Qəzza zolağı istehsalat gücünün 16 faizini işə sala bilib", - sənəddə deyilir.

Dünya Bankının qiymətləndirmələrinə görə, Qəzza zolağının iqtisadiyyatı hərbi əməliyyatlar səbəbindən, demək olar ki, tamamilə dayanıb və işçilərin təqribən 85 faizi işsiz qalıb.

Təşkilatın ekspertlərinin fikrincə, Qəzza zolağında qurbanların sayı, yaşayış sektorunda dağıntıların sürəti və miqyası, eləcə də, yerli sakinlərin gəlirlərinin azalma səviyyəsi indiyədək görünməmiş dərəcədədir.

"Noyabr ayının 2-ci yarısına Qəzza zolağında informasiya-kommunikasiya texnologiyalarının təqribən 60 faizi, səhiyyə və təhsil obyektlərinin 60 faizi və ya daha çoxu, ticarət infrastrukturunun isə 70 faizi zərər görüb və ya dağıdılıb", - hesabatda deyilir.

Bundan başqa, Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində yolların təqribən yarısının zədələndiyi və ya dağıdıldığı qeyd olunub.

Xəbər lenti

Xəbər lenti