Bakı. Trend:
Almaniya Şengen Sərhədləri Məcəlləsinin 25-ci maddəsinə əsasən, qeyri-qanuni miqrant axınının məhdudlaşdırılmasına kömək məqsədilə ölkəyə Polşa, Çexiya və İsveçrədən gələnlərə qarşı müvəqqəti daxili nəzarəti gələn il martın 15-dək uzadıb.
Trend-in məlumatına görıə, bu barədə Almaniyanın daxili işlər naziri Nensi Fezer bildirib.
“Bu gün Polşa, Çexiya və İsveçrə ilə sərhədlərimizdə 2024-cü ilin mart ayının ortalarına qədər daha üç ay müddətinə müvəqqəti nəzarətin davam etdirilməsi ilə bağlı qərar qəbul etmişəm” – deyə, Almaniyanın daxili işlər naziri Nensi Fezer qeyd edib.
N.Fezer bu tədbirlərin tətbiq olunduğu oktyabr ayının ortalarından etibarən alman polisinin təxminən 340 qaçaqmalçını saxladığını bildirib.
“Ölkəyə qanunsuz girişlərin sayı 60 faizdən çox azalıb", - deyə Almaniya daxili şlər naziri əlavə edib.