...

Kolorado Ali Məhkəməsi Trampın ştatın ilkin şeçkilərində iştirakını qadağan edib

Dünya xəbərləri Materials 20 Dekabr 2023 06:43 (UTC +04:00)
Kolorado Ali Məhkəməsi Trampın ştatın ilkin şeçkilərində iştirakını qadağan edib

Bakı. Trend:

ABŞ-ın Kolorado Ali Məhkəməsi sabiq prezident Donald Trampın gələn il ştatda keçiriləcək ilkin seçkilərdə namizədliyinin irəli sürülməsinə konstitusiyaya uyğun olaraq qadağan olunduğuna qərar verib.

Trend-in məlumatına görə, bu barədə Amerika KİV-ləri xəbər verib.

"Məhkəmə üzvlərinin əksəriyyəti ABŞ Konstitusiyasına 14-cü Düzəlişin 3-cü Bölməsinə əsasən, Prezident Trampın prezident vəzifəsini tutmaqdan məhrum edilməsinə qərar verib", - deyə məhkəmənin qərarında bildirilib.

14-cü Düzəlişdə deyilir ki, Konstitusiyanı dəstəkləmək üçün and içmiş vəzifəli şəxslər "üsyanda iştirak etmişlərsə" gələcək vəzifələrdə işləmək qadağandırlar.

Məhkəmə qərarını yanvarın 4-nə qədər təxirə salıb ki, D.Tramp Ali Məhkəməyə qərarın yenidən baxa baxılması üçün müraciət edə bilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti