Bakı. Trend:
Yəmənin husi üsyançıları Qırmızı dəniz bölgəsində ticarət gəmilərinə daha güclü hücumlar etməyə hazır olduqlarını bildiriblər.
Trend-in məlumatına görə, bu barədə "The National" nəşri bildirib.
"Strateji silahlarımız və onların fəaliyyət dairəsi düşmənlərimizin gözləntilərindən qat-qat artıqdır. Bizim üçün "qırmızı xətlər yoxdur", - deyə üsyançılar hökumətinin müdafiə naziri general-mayor Məhəmməd Əl-Atfi bildirib.
O, üsyançıların regionda ticarət gəmiçiliyinə qarşı daha "ağrılı addımlar" gələcəyə saxladığını deyib.