...

Qızıl Aypara Cəmiyyətinin Qəzza zolağındakı qərargahı atəşə tutulub - Xəsarət alanlar var

Dünya xəbərləri Materials 26 Dekabr 2023 13:19 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Fələstin Qızıl Aypara Cəmiyyətinin Qəzza zolağında Xan-Yunis şəhərindəki qərargahı atəşə tutulub, bir neçə nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə təşkilat özünün "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

"Fələstin Qızıl Aypara Cəmiyyətinin Xan-Yunisdəki qərargahının üst mərtəbələri artilleriya atəşinə məruz qalıb, müvəqqəti olaraq qərargahda yerləşdirilən bir neçə nəfər yaralanıb", - məlumatda deyilir.

Təşkilatın məlumatına görə, binada minə yaxın qaçqın yerləşdirilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti