...

Türkiyədə qaz habı layihəsi gələn ildən reallaşdırıla bilər

Dünya xəbərləri Materials 27 Dekabr 2023 20:13 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə qaz habı layihəsi 2024-cü ildən reallaşdırıla bilər.

Trend xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini Aleksandr Novak "Rossiya-24" telekanalına müsahibəsində deyib.

Layihə üzrə yol xəritəsinin yaxın zamanda qəbul olunacağını deyən Novak layihənin bu çərçivədə icra olunacağını deyib.

"Türkiyəli tərəfdaşlarımız təcrübəmizlə tanış olmaq üçün yaxın zamanda Sankt-Peterburqa səfər edəcəklər və inanıram ki, Türkiyə ərazisində elektron platformanın və habın yaradılması üçün təcrübəmiz işə yarayacaq. Ümid edək ki, gələn il layihənin reallaşdırılmasının başlanğıcı olacaq", - o deyib.

Novak həmçinin, Türkiyədəki elektron platformanın Cənub-Şərqi Avropa üzrə təbii qaz qiymətlərinin kotirovkasının formalaşmasına yönələcəyini əlavə edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti