...

İsrail ordusu Livanla sərhəddə çox yüksək hazırlıq elan edib

Dünya xəbərləri Materials 28 Dekabr 2023 02:24 (UTC +04:00)
İsrail ordusu Livanla sərhəddə çox yüksək hazırlıq elan edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri (IDF) müxtəlif fövqəladə hallar üçün planları təsdiqləyib və Livanla sərhəd bölgəsində çox yüksək hazırlıq vəziyyətindədir.

Trend-in məlumatına görə, bu sözləri İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi ordunun şimal komandanlığının qərargahında vəziyyəti qiymətləndirmək üçün keçirilən iclasda deyib.

Ordunun mətbuat xidməti Baş Qərargah rəisinin bəyanatlarını yayıb: “Bu gün biz müxtəlif gözlənilməz hadisələrlə bağlı planları təsdiq etdik və lazım gələrsə, zərbə endirməyə hazır olmalıyıq. IDF və onun şimal komandanlığı çox yüksək hazırlıq vəziyyətindədir”.

İndiyədək Livanla sərhəd bölgəsində hazırlığın düzgün və hərtərəfli aparıldığını diqqətə çatdıran Herzi Halevi bu işin eyni templə davam etdirilməli olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti