...

"SpaceX" raketi ABŞ Kosmik Qüvvələrinin kosmik şattlı ilə orbitə buraxılıb

Dünya xəbərləri Materials 29 Dekabr 2023 05:18 (UTC +04:00)
"SpaceX" raketi ABŞ Kosmik Qüvvələrinin kosmik şattlı ilə orbitə buraxılıb

Bakı. Trend:

"Falcon Heavy" raketi ABŞ Kosmik Qüvvələrinin "X-37B" təkrar istifadə oluna bilən pilotsuz kosmoplan ilə birlikdə orbitə buraxılıb.

Trend-in məlumatına görə, bu barədə "SpaceX" şirkəti bildirib.

Buraxılışıb Florida ştatındakı Kanaveral burnunda yerləşən ABŞ Kosmik Qüvvələrinin "39A" buraxılış kompleksindən cümə axşamı, Şərq vaxtı ilə saat 20:07-də ​​baş tutub.

"X-37B"nin missiyaları gizli saxlanılır. ABŞ Kosmik Qüvvələri yalnız "USSF-52" missiyasının məqsədinin "geniş diapazonda sınaqlar və təcrübələr" keçirmək olacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti