...

ABŞ İsrailə 155 mm çaplı mərmilər göndərəcək

Dünya xəbərləri Materials 30 Dekabr 2023 17:17 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ dövlət katibi Antoni Blinken İsrailə 147,5 milyon dollar dəyərində 155 mm-lik mərmilərin satışını təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə Pentaqonun Təhlükəsizlik üzrə Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Məlumata görə, dövlət katibi sözügedən mərmlərin İsrailə təcili satışının zəruri olduğuna dair ətraflı təsdiq sənədini Konqresə təqdib edib.

"ABŞ İsrailin təhlükəsizliyinin tərəfdarıdır və İsrailin özünümüdafiə sahəsində imkanlarının inkişafı və dəstəklənməsində yardım ABŞ-nin əsas milli maraqlarına cavab verir", - deyə Pentaqondan bildiriblər.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti