...

ABŞ-də it sahibinin 4 min dollarını yedi - FOTO

Dünya xəbərləri Materials 5 Yanvar 2024 13:42 (UTC +04:00)
ABŞ-də it sahibinin 4 min dollarını yedi - FOTO
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-də Sesil adlı yeddi yaşlı "goldendoodle" cinsli it sahibinin dörd min dollar pulunu yeyib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, sahibləri pulun əksər hissəsini geri qaytara biliblər.

"O, dörd min dolları yeyənə qədər həyatında pis heç nə etməyib", - sahibəsi Kerri Lo deyib.

Kerri həyat yoldaşı Kleytonla birlikdə itin nəcis və qusuntusundan pulları ayırd edərək qopmuş hissələri yapışdırmağa nail olublar. Beləliklə, 3550 dolları geri qaytarmaq mümkün olub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti