...

Ərdoğan və Japarov yüksək səviyyəli strateji əməkdaşlıq şurası iclası keçirəcək

Dünya xəbərləri Materials 9 Yanvar 2024 16:48 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Qırğızıstan prezidenti Sadır Japarov, yüksək səviyyəli strateji əməkdaşlıq şurası iclası keçirəcək.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin Xarici işlər naziri Hakan Fidan, qırğız həmkarı Ceenbek Kulubayev birlikdə Bişkekdə keçirdiyi mətbuat konfransı zamanı deyib.

"Biz görüş zamanı, regional və qlobal danışıqları, eləcə də iki ölkə arasındakı münasibətləri müzakirə etdik. Atdığımız addımlar, xüsusən də peşəkar institusionallaşma istiqamətində atdığımız addımlar strateji əhəmiyyət kəsb edir. Burada görülən işlərin və qəbul edilən qərarların məhsulu olaraq 2024-2026-cı illər üçün iş planını imzaladıq",- deyə nazir bildirib.

Fidan iki ölkə arasında birgə layihələrin həyata keçirildiyini, Qırğızıstanlı həmkarı ilə iqtisadiyyat, iş adamlarının vəziyyəti, ticarətin daha “səmərəli və daimi olması”, vətəndaşların qarşılıqlı səfərləri, şəxsiyyət vəsiqəsi ilə səyahət imkanları və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldığını vurğulayıb.

Eyni zamanda, görüş zamanı Qırğızıstan-Türkiyə Manas Universitetinin fəaliyyəti də müzakirə olunan məsələlər arasında olub.

Qeyd edək ki, bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan Qırğızıstana rəsmi səfər edib.

Bu, 2024-cü ildə Qırğızıstanın ev sahibliyi etdiyi ilk rəsmi səfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti