Bakı. Trend:
Dünyaca məşhur karnavalın başlamasına bir neçə gün qalmış Rio-de-Janeyroda denq epidemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Trend-in məlumatına görə, bu barədə şəhərin meri Eduardo Paes tərəfindən imzalanmış sərəncamda bildirilib.
"Rio-de-Janeyroda denq epidemiyasına görə səhiyyə sahisəsində fövqəladə vəziyyət elan edilib", - deyə sənəddə qeyd olunub.
Şəhərdə xəstəlik ilə mübarizə planı tətbiq edilib. O cümlədən, xəstəliyin yayılması ilə mübarizə üçün operativ mərkəz yaradılıb. Denq xəstəliyinə yoluxmaqda şübhəli bilinən insanlar üçün 10 təcili qəbul mərkəzi açılacaq.