Bakı. Trend:
Rusiyanın Altay Respublikasında 5 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsinin saytında yazılıb.
“Zəlzələnin maqnitudası 5, zəlzələnin mərkəzində intensivlik 6.4-dür”, - məlumatda qeyd olunub.
Yeraltı təkanların episentrinin dağlıq ərazidə yerləşdiyi bildirilir.