Bakı. Trend:
İstanbulun Küçükçekmece rayonunda baş verən silahlı insidentlə bağlı 12 nəfər saxlanılıb. Daha yeddi nəfərin saxlanılması istiqamətində işlər davam edir.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib.
Nazir faktla bağlı araşdırmanın geniş şəkildə davam etdirildiyini deyib.
Xatırladaq ki, hadisə fevralın 10-da Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının İstanbulun üzrə bələdiyyə sədrliyinə namizədi Aziz Yeniayın xalqla görüşü zamanı baş verib. İnsident nəticəsində bir nəfər yaralanıb, hazırda vəziyyəti ağırdır.