...

Avstraliyada fırtına yarım milyondan çox evi elektriksiz qoydu

Dünya xəbərləri Materials 13 Fevral 2024 20:39 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliyanın ikinci ən sıx məskunlaşmış ştatı olan Viktoriyada yarım milyondan çox ev güclü fırtınadan sonra şəbəkə hissələrinin sıradan çıxması səbəbindən elektrik enerjisiz qalıb.

Trend “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, Avstraliya enerji bazarı operatoru Viktoriya boyunca təxminən 500 min müştərinin hazırda elektriksiz qaldığını bildirib.

Məlumatda yüksək temperatur, güclü külək və ildırım çaxması nəticəsində elektrik şəbəkəsinə ziyan dəydiyi qeyd olunub.

Bildirilir ki, ölkənin cənubunda elektrik enerjisinin spot qiymətləri qısa müddət ərzində bir meqavat saat üçün 10,818 ABŞ dollarına qədər artıb.

Xəbər lenti

Xəbər lenti