...

Yanvar ayında Türkiyə Azərbaycana sement ixracını azaldıb

Dünya xəbərləri Materials 20 Fevral 2024 10:19 (UTC +04:00)
Yanvar ayında Türkiyə Azərbaycana sement ixracını azaldıb

Bakı. Trend:

Türkiyə 2024-cü ilin yanvar ayında Azərbaycana sement ixracını 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz azaldaraq 4,4 milyon dollara çatdırıb.

Trend-in TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2024 - yanvar 2023) Türkiyə 4,6 milyon dollar məbləğində sement ixrac edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına sement ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 9,7 faiz azalaraq, 325,3 min dollara bərabər olub.

2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin sement ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz azalaraq, 4,6 milyon dollara bərabər olub.

Xəbər lenti

Xəbər lenti