Bakı. Trend:
Amerikalı milyarder İlon Mask Rusiya-Ukrayna münaqişəsi fonunda açıqlaması ilə diqqət çəkib.
Trend xəbər verir ki, Mask bu barədə sahibi olduğu "X" sosial şəbəkəsində yazıb.
Belə ki, sosial şəbəkə istifadəçilərindən birinin Ukraynanın müharibəni uduzduğunu və ABŞ-nin Ukrayna üçün ayırdığı 60 milyard dollarlıq yardımının heç nəyi dəyişməyəcəyini deyən paylaşımına şərh bildirən Mask istifadəçi ilə razılaşıb.
"Bəli, məsələ yalnız bu reallıq qəbul olunana qədər nə qədər insanın həlak olacağıdır. Sülh sazişi hələ bir il bundan əvvəl imzalanmalı idi. Həmin vaxtdan minlərlə oğlan heç nəyə görə həlak oldu, Ukraynanın mövqeyi isə hər gün daha da zəifləyir", - deyə Mask yazıb.