...

Aİ Ukraynaya 75 milyon avro ayırıb

Dünya xəbərləri Materials 20 Fevral 2024 20:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) müharibədən zərər çəkmiş insanlara dəstək üçün 83 milyon avro məbləğində humanitar yardım göstərəcək və vəsaitin böyük hissəsi Ukraynaya ayrılacaq.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının səhifəsində məlumat verilib.

Avropa Komissiyasından bildirilib ki, humanitar yardıma ayrılan 83 milyon avrodan 75 milyonu Ukraynadakı humanitar layihələrə yönəldiləcək.

"Buraya sığınacaq, mühafizə xidmətləri, təmiz su, təhsil və səhiyyə kimi əsas ehtiyaclara çıxış daxil olmaqla, təcili yardımın təmin edilməsinə aiddir", - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti