...

İsrail Dəməşqə raket zərbəsi endirib

Dünya xəbərləri Materials 21 Fevral 2024 13:05 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələri Suriyanın paytaxtı Dəməşqə raket zərbəsi endirib.

Trend xəbər verir ki, bu barədə "Al Ikhbaria" kanalı məlumat yayıb.

Bildirilib ki, zərbələr Dəməşqin cənub-qərbində yerləşən Kfar-Susa yaşayış rayonuna endirilib.

"Associated Press" agentliyinin verdiyi məlumata görə, bölgədəki İran məktəbinin yanında yerləşən bina zərbələrə məruz qalıb, xəsarət alanlar var.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti