...

İspaniyada iki yaşayış binası yandı - Ölənlər var

Dünya xəbərləri Materials 23 Fevral 2024 13:37 (UTC +04:00)
İspaniyada iki yaşayış binası yandı - Ölənlər var
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyanın üçüncü böyük şəhəri olan Valensiyada şəhər mərkəzinin kənarındakı Campanar məhəlləsində 14 mərtəbəli iki yaşayış binasında baş verən yanğın nəticəsində dörd nəfər ölüb.

Trend “LBC news” radiostansiyasına istinadən xəbər verir ki, hadisə yerinə gələn yanğınsöndürənlər kran vasitəsilə iki sakini eyvanlardan sağ çıxara biliblər.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, yanğın nəticəsində 14 nəfər, o cümlədən altı yanğınsöndürən yaralanıb, 19 nəfər isə itkin düşüb.

Yaralananların əksəriyyəti sınıq və yanıq xəsarətləri alıb və tüstüdən zəhərlənib. Xilasetmə xidməti ölənlərin sayının artacağını istisna etmir.

Xəbər lenti

Xəbər lenti