Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.
Yeni sanksiyalar paketi çərçivəsində 106 fiziki və 88 hüquqi şəxsə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq olunub.
Aİ Şurasının qərarının yaxın zamanda "Aİ-nin rəsmi jurnalı"nda dərc olunacağı gözlənilir. Bundan sonra sanksiyalar qüvvəyə minəcək.
Sənəddə sanksiyalara məruz qalan fiziki və hüquqi şəxslərin adları açıqlanacaq.