...

İspaniya 200 mindən çox ukraynalı qaçqını qəbul edib

Dünya xəbərləri Materials 24 Fevral 2024 05:40 (UTC +04:00)
İspaniya 200 mindən çox ukraynalı qaçqını qəbul edib

Bakı. Trend:

Rusiya ilə Ukrayna arasında münaqişə başlayandan bəri İspaniyaya 200 mindən çox ukraynalı qaçqın gəlib.

Trend EFE agentliyinə istinadla xəbər verir ki, İspaniya qəbul etdiyi ukraynalı qaçqınların sayına görə, Avropa İttifaqında beşinci yeri tutur.

Ölkəyə sığınan qaçqınlardan 20,5 minə yaxını iş tapmağa nail olub. Eyni zamanda, Ukraynadakı müharibədən qaçan 29,5 min uşaq yerli məktəblərdə təhsil alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti