...

Latviya Ukraynaya qoşun yeritmək imkanını nəzərdən keçirəcək

Dünya xəbərləri Materials 29 Fevral 2024 01:01 (UTC +04:00)
Latviya Ukraynaya qoşun yeritmək imkanını nəzərdən keçirəcək

Bakı. Trend:

NATO üzvləri bu məsələdə konsensusa gələrsə, Latviya Ukraynaya qoşun yeritmək imkanını nəzərdən keçirəcək.

Trend xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyinin nümayəndəsi Tagesschau telekanalının efirində bildirib.

“Əgər NATO müttəfiqləri arasında Ukraynaya qoşun yeritmək barədə razılıq əldə olunarsa, Latviya iştirak etməyi nəzərdən keçirəcək”, - Baltikyanı ölkənin müdafiə nazirliyinin sözçüsü bildirib.

Xəbər lenti

Xəbər lenti